• Bakı 14° C

    4.61 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Ərdoğan “Altılı masa”nı sərt tənqid etdi

DÜNYA

11 Mart 2023 | 16:17

Ərdoğan “Altılı masa”nı sərt tənqid etdi

Altı partiyalı koalisiyanın gücləndirilmiş parlament sistemi kimi başladığı yol at bazarlığından da betər vitse-prezidentlik uğrunda mübarizə ilə yekunlaşdı.

Bakıvaxtı.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Altılı masa”nı tənqid edərkən deyib.

Ərdoğan bildirib ki, “Bay Kamal”ı (CHP rəhbəri Kamal Kılıçdaroğlu - red.) prezidentliyə namizəd kimi göstərən bu koalisiyanın gündəmində ölkə və millətin heç bir məsələsi yoxdur:

“Terror təşkilatları ilə mübarizə onların gündəmində deyil. Onların gündəminə səlahiyyət və mövqe bölgüsü daxildir. Eyni zamanda, milli birliyimizi, həmrəyliyimizi pozmaq niyyəti var”.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026