• Bakı 10° C

    2.43 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Dəhşətli yol qəzası - Xeyli sayda hərbçi yaralandı

DÜNYA

10 Aprel 2023 | 11:31

Dəhşətli yol qəzası - Xeyli sayda hərbçi yaralandı

Türkiyənin Eskişəhir şəhərində sərnişin avtobusu, yük maşını və hərbi maşının iştirakı ilə yol qəzası olub.

Bakıvaxtı.az “Habertürk”ə istinadən xəbər verir ki, hadisə bu gün səhər saatlarında baş verib.

Bildirilib ki, qəza nəticəsində 12-si hərbçi olmaqla 14 nəfər yaralanıb.

Hadisə yerinə polis və təcili tibbi yardım əməkdaşları cəlb olunub.

Yaralılar xəstəxanaya yerləşdirilib.

Məlumata görə, onlardan 2-nin vəziyyəti ağırdır.

Hazırda qəzanın səbəbləri araşdırılır.


Dəhşətli yol qəzası - Xeyli sayda hərbçi yaralandı
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026