• Bakı 14° C

    4.49 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Türkiyədə yeni hava limanı açıldı

DÜNYA

25 Mart 2022 | 18:18 | Müəllif: Qalib İbrahimoğlu

Türkiyədə yeni hava limanı açıldı

Martın 25-də Türkiyənin yeni Tokat Hava Limanına ilk təyyarə enib.

Bakıvaxtı.az  xəbər verir ki, İstanbuldan Tokat vilayəti istiqamətində hərəkət edən “Türk Hava Yolları”na məxsus TK 2582 saylı təyyarə aeroporta uğurlu eniş edib.

Türkiyədə həyata keçirilən ən böyük layihələrdən biri olan Tokat Hava Limanının ildə iki milyon sərnişinə xidmət edəcəyi gözlənilir. Təxminən 550 milyon türk lirəsi məbləğində sərmayə yatırılan aeroport 16 min 200 kvadratmetr sahədə inşa olunub. Aeroportun uçuş-enmə zolağının uzunluğu 2700, eni isə 45 metrdir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Noyabr 2026