• Bakı 14° C

    4.61 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Türkiyədəki qəzada ölən Qəmər nişanlı imiş...

HADİSƏ

19 Dekabr 2021 | 17:12 | Müəllif: Subhan Mahmudov

Türkiyədəki qəzada ölən Qəmər nişanlı imiş...

Xəbər verdiyimiz kimi, ötən gün Iğdır-Ankara marşrutu ilə hərəkət edən avtobusun Qars-Ərzurum yolunun Sarıqamış rayonu ərazisində aşması nəticəsində iki azərbaycanlı həlak olub.

Bakıvaxtı.az "Qafqazinfo"ya istinadən bildirir ki, qəza nəticəsində həlak olanlardan Qəmər Niyazova Şərur rayonunun Dizə kənd sakinidir.

2002-ci il təvəllüdlü Qəmər, atası ilə Türkiyəyə gedirmiş. Evin yeganə övladı olan Qəmər nişanlı imiş.

Hadisə nəticəsində həlak olan 1961-ci il təvəllüdlü Fazilə İsmayılova da Naxçıvan Muxtar Respublikasının Şəruru rayon sakinidir. Vəfat edənlərlə bağlı hüquqi prosedurlar başa çatdıqdan sonra cənazələr Naxçıvana göndəriləcək.

Qeyd edək ki, qəza zamanı avtobusda olan 21 Azərbaycan vətəndaşından 14-ü xəsarət alıb, onlardan birinin vəziyyəti ağırdır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026