• Bakı 24° C

    5.79 m/s

  • USD - 1.7

    EUR - 1.8238

    RUB - 0.0183

Azad olunan ərazilərə gedən şəxsdə narkotik aşkarlandı

HADİSƏ

18 Yanvar 2022 | 16:09

Azad olunan ərazilərə gedən şəxsdə narkotik aşkarlandı

Xocavənd Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisindəki nəzarət postunda aparılan yoxlamalar zamanı çantasında narkotik vasitə olan şəxs müəyyən edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan Bakıvaxtı.az-a verilən məlumata görə, Xocavənd RPŞ-nin əməkdaşları Böyük Tağlar kəndi ərazisindəki nəzarət postunda prosedur qaydalarına uyğun olaraq aparılan yoxlamalar zamanı işğaldan azad edilmiş ərazilərə daxil olmaq üçün müvafiq icazəsi olan Masallı rayon sakini Qurbanəli Cabbarovun sərnişini olduğu avtomobil saxlanılıb. Tikinti şirkətlərindən birinin işçisi olan Q.Cabbarova məxsus çantaya baxış keçirilərkən narkotik vasitələr olan metamfetamin və marixuana aşkar edilərək götürülüb.
Faktla bağlı Xocavənd RPŞ-də araşdırma aparılır.


SON XƏBƏRLƏR

29 Aprel 2024