• Bakı 22° C

    2.81 m/s

  • USD - 1.7

    EUR - 1.9329

    RUB - 2

KİV: BCM Netanyahunun həbsinə order verə bilər

DÜNYA

30 Aprel 2024 | 10:00

KİV: BCM Netanyahunun həbsinə order verə bilər

Beynəlxalq Cinayət Məhkəməsi Benyamin Netanyahu da daxil olmaqla, İsrail hakimiyyətində təmsil olunan bəzi şəxslərin həbsinə qərar verə bilər.

Bakıvaxtı.az xəbər verir ki, bu iddia ilə “Bloomberg“ çıxış edib.

    Nəşr yazır ki, bu addım Qəzza sektorunda sülhə nail olunması yolunda ciddi maneə yaratmaqla yanaşı, əldə olunacaq potensial atəşkəs razılaşmasının icrasını mümkünsüz edəcək.

    Müəllifin qənaətincə, hazırda rəsmi Vaşinqton məhz bu səbəbdən İsrail tərəfinin danışıqlardan imtina edəcəyindən ehtiyatlanır.

    Ötən gün Ağ Evin mətbuat katibi Karin Jan-Pyer mətbuata açıqlamasında ölkəsinin bu addımı dəstəkləmədiyini bəyan edib.

    İddialara görə, B.Netanyahu ABŞ prezidenti Co Baydenə zəng edərək, bu qərarın icrasını dayandırmaqda dəstək verilməsini xahiş edib.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    26 Sentyabr 2026