• Bakı 15° C

    7.37 m/s

  • USD - 1.7

    EUR - 1.8832

    RUB - 2.0549

ABŞ husilərə məxsus PUA-nı zərərsizləşdirib

DÜNYA

30 Aprel 2024 | 09:50

ABŞ husilərə məxsus PUA-nı zərərsizləşdirib

ABŞ ordusu husilərin Qırmızı dənizdə ona məxsus “USS Philippine Sea” və “USS Laboon” gəmilərinə doğru buraxdığı pilotsuz uçuş aparatını (PUA) zərərsizləşdirib.

Bakıvaxtı.az “Kommersant”a istinadən xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) “X” sosial şəbəkəsində məlumat yayıb.

Bildirilib ki, husilər həmçinin Malta bayrağı altında üzən Yunanıstanın “Cyclades” gəmisinə üç ballistik raket və üç PUA ilə hücum ediblər. Amma gəmi və ekipaj üzvləri xəsarət almayıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

12 Noyabr 2026