• Bakı 21° C

    0.83 m/s

  • USD - 1.7

    EUR - 1.8497

    RUB - 0.0187

Azərbaycan və Əlcəzair ali məhkəmələri əməkdaşlıq edəcək

SİYASƏT

30 Aprel 2024 | 10:09

Azərbaycan və Əlcəzair ali məhkəmələri əməkdaşlıq edəcək

Azərbaycan və Əlcəzair ali məhkəmələri əməkdaşlıq edəcək.

Bu barədə Bakıvaxtı.az-a Ali Məhkəmənin Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Ali Məhkəmə və Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimov Əlcəzairə səfər edib. O, Əlcəzair Ali Məhkəməsinin yaradılmasının 60 illiyi münasibətilə müxtəlif ölkələrin ali məhkəmələrinin sədrlərinin və rəsmi nümayəndələrinin qatıldığı beynəlxalq konfransda iştirak edib. İ.Kərimov çıxışında deyib ki, Azərbaycanda məhkəmə sahəsində rəqəmsallaşma dövlət siyasətinin prioritet istiqamətlərindəndir.

O, Əlcəzair Ali Məhkəməsinin sədri Tahar Mamouni ilə görüşüb, əməkdaşlığın genişləndirilməsi, əlaqələrin dərinləşdirilməsi məqsədilə Azərbaycan və Əlcəzair ali məhkəməsi arasında anlaşma memorandumu imzalanıb.


SON XƏBƏRLƏR

20 May 2024