• Bakı 20° C

    4.22 m/s

  • USD - 1.7

    EUR - 1.9949

    RUB - 2.0391

Bir gündə bank kartlarından 18 min manat oğurlanıb

CƏMİYYƏT

21 May 2024 | 10:44

Bir gündə bank kartlarından 18 min manat oğurlanıb

Dünən polisə bank kartlarından pul oğurlanması ilə bağlı 16 müraciət daxil olub.

Bakıvaxtı.az xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev bildirib.

Onun sözlərinə görə, bank kartlarından oğurlanan məbləğ 870, 700, 170, 448, 300, 1320, 442, 3500, 2341, 540, 583, 364, 1200, 4360, 1000, 244 manat təşkil edib.

"Hamısı eyni üsulla - əlavə bank kartı məlumatları verilməklə oğurlanıb", - deyə Elşad Hacıyev əlavə edib.

Murad Məmmədli


SON XƏBƏRLƏR

15 Sentyabr 2025