• Bakı 11° C

    15.77 m/s

  • USD - 1.7

    EUR - 1.8522

    RUB - 0.0173

NATO İrana başsağlığı verdi

DÜNYA

21 May 2024 | 11:11

NATO İrana başsağlığı verdi

Şimali Atlantika Alyansı (NATO) İran prezident İbrahim Rəisinin və ölkənin digər yüksək rütbəli rəsmilərinin faciəvi ölümündən sonra İran xalqına başsağlığı verib.

Bakıvaxtı.az xəbər verir ki, NATO rəsmisi Fərəh Dakhlallah “X” sosial şəbəkəsindəki hesabında ölkə prezidentinin və digər rəsmilərinin vəfatı ilə əlaqədar İran vətəndaşlarına göndərdiyi başsağlığı sözlərini dərc edib.

Farah Dakhlallah yazıb: “Prezident Rəisinin, xarici işlər naziri Əmir Abdullahianın və digər rəsmilərin helikopter qəzasında həlak olması ilə əlaqədar İran xalqına başsağlığı veririk”.

Qeyd edək ki, İranda baş vermiş faciədən sonra Qərb ölkələri başsağlığı verməyə tələsməyərək, hələ ki susqunluq nümayiş etdirir.

Mayın 19-da İranın Şərqi Azərbaycan əyalətində prezidenti daşıyan helikopter qəzaya uğrayıb. Qəza nəticəsində dövlət başçısı İbrahim Rəisi ilə yanaşı, helikopterdə olan xarici işlər naziri Hüseyn Əmir Abdullahian, Şərqi Azərbaycan əyalətinin qubernatoru Malik Rahmati, Təbriz şəhərinin cümə imamı Məhəmməd Ali əl-Haşim, İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) generalı, Prezident qvardiyasının rəhbəri Mehdi Musəvi də həyatını itirib.


SON XƏBƏRLƏR

04 Noyabr 2024