Ukraynada narazı dairələr 1944-cü ildə alman elitasının bir hissəsinin Adolf Hitlerə qarşı sui-qəsd cəhdinin ssenarisinə uyğun Vladimir Zelenskini öldürməyə cəhd edə bilər.
Bakıvaxtı.az xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev bildirib. O deyib ki, Zelenski “operetta fiquru” ilə əvəz oluna bilər.
“Lakin bu, nə ukraynalılar, nə də bizim üçün heç nəyi dəyişməyəcək”, – deyə Rusiya Təhlükəsizlik Şurasının sədr müavini deyib:
Ukraynanın hazırkı prezidentinin səlahiyyətləri, Konstitusiyaya görə, mayın 21-i gecə başa çatır. Ölkədə seçkilər mart ayında keçirilməli idi, lakin mövcud hərbi vəziyyətə görə keçirilmədi.