• Bakı 25° C

    5.14 m/s

30 il sonra kimliyi müəyyən edilən şəhidin qalıqları Bakıda dəfn olunub 

CƏMİYYƏT

21 May 2024 | 12:17

30 il sonra kimliyi müəyyən edilən şəhidin qalıqları Bakıda dəfn olunub 

Birinci Qarabağ müharibəsində itkin düşmüş, 30 ildən sonra dəfn yeri və kimliyi müəyyən edilən şəhid Elşən Nəzərəli oğlu Xasıyevin qalıqları torpağa tapşırılıb.

Bakıvaxtı.az xəbər verir ki, şəhid Elşən Xasıyevlə Sabunçu rayonu Zabrat qəsəbəsində vida mərasimi keçirilib.

Şəhidin qalıqları Bakıxanov qəsəbəsində yerləşən Şəhidlər xiyabanında dəfn olunub.

Qeyd edək ki, Birinci Qarabağ müharibəsində itkin düşdüyü ehtimal edilən Elşən Xasıyevin Gəncədəki Şəhidlər xiyabanında naməlum şəhid kimi dəfn olunduğu aşkarlanıb və kimliyi müəyyən edilib.


SON XƏBƏRLƏR

14 Iyun 2024