• Bakı 26° C

    12.91 m/s

  • USD - 1.7

    EUR - 1.8459

    RUB - 0.02

ABŞ Gürcüstana yardım paketi verəcək: Amma bir şərti var...

DÜNYA

21 May 2024 | 11:37

ABŞ Gürcüstana yardım paketi verəcək: Amma bir şərti var...

ABŞ Gürcüstana yardım paketini bir şərtlə verəcəyini açıqlayıb.

Bakıvaxtı.az bu barədə xarici mətbuata istinadla xəbər verir.

Məlumata görə, Gürcüstan indiki anti-Qərb kursundan əl çəkərsə, ABŞ böyük hərbi və iqtisadi yardım paketi verəcək.

Konqresə təqdim ediləcək qanun layihəsinin şərtlərinə əsasən, ABŞ bütün əsas siyasət meyarlarına əməl olunarsa, möhkəm güzəştli ticarət rejimi açmaq üçün Tbilisi ilə danışıqlara başlayacaq.

Qanun layihəsi Amerika bazarlarına çıxışın yaxşılaşdırılması ilə yanaşı, Gürcüstan vətəndaşları üçün viza rejiminin liberallaşdırılmasını nəzərdə tutur.

Bundan əlavə, qanun layihəsi qəbul olunarsa, Vaşinqton Gürcüstana “Rusiyanın təcavüzünə qarşı ərazi müdafiəsi üçün ideal təhlükəsizlik və müdafiə avadanlığı, habelə bununla bağlı təlim, texniki xidmət və əməliyyat dəstəyi elementləri” daxil olmaqla, Gürcüstana hərbi dəstək paketi hazırlayacaq.

Mina Mikayılova


SON XƏBƏRLƏR

26 Iyul 2024