• Bakı 26° C

    12.91 m/s

  • USD - 1.7

    EUR - 1.8459

    RUB - 0.02

Şəbnəmi peşman etdilər: “Bütün dar geyimlərimi yandırtdım”

MƏDƏNİYYƏT-ŞOU

21 May 2024 | 10:39

Şəbnəmi peşman etdilər: “Bütün dar geyimlərimi yandırtdım”

“Bu günə qədər nə qədər “lasina”larım, “topik”lərim, “kambinizon”larım var idisə, hamısını yığdım, dedim nə edirsiniz edin, yandırın”.

Bakıvaxtı.az xəbər verir ki, bu sözləri müğənni Şəbnəm Tovuzlu deyib.

İfaçı Naxçıvan konsertindəki geyimindən təəssüfləndiyini, o geyimləri özünə yaraşdırmadığını bildirib:

“İnsanlar məni həmişə xanım-xatın Şəbnəm kimi görüblər. Bundan sonra da elə olacam. Geyimlərim də elə olacaq. Dar geyimlər bitdi. Çünki mən özümü heç sevmədim. Bundan sonra Şəbnəmə yaraşan geyimlər geyinəcəm. Bu, mənə dərs oldu”.

Qeyd edək ki, Şəbnəm Tovuzlu mayın 15-də Naxçıvan şəhərində konsert verib. Onun səhnə geyimi izləyicilərin bir çoxu tərəfindən bəyənilməyib və onlar Tovuzlunu tənqid atəşinə tutublar.

Ziyafət Əlisoy


SON XƏBƏRLƏR

26 Iyul 2024