Türkiyənin tanınmış teatr və kino aktyoru Ərol Dəmiröz 81 yaşında Ankarada dünyasını dəyişib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin Tvitter səhifəsində yazılıb.
Qeyd edək ki, ağır xəstə olan aktyor uzun müddət idi müalicə alırdı.
Ə.Dəmiroz “Bəyaz mələk”, “Günəşi gördüm”, “Möcüzə” kimi filmlərdə rol alıb.
















