• Bakı 13° C

    5.38 m/s

  • USD - 1.7

    EUR - 1.8707

    RUB - 2.0606

Üç ölkə işıqsız qaldı

DÜNYA

25 Yanvar 2022 | 12:27 | Müəllif: Qalib İbrahimoğlu

Üç ölkə işıqsız qaldı

Mərkəzi Asiyada enerji sistemində baş verən qəza Qazaxıstan, Qırğızıstan və Özbəkistanda böhrana səbəb olub.

Bakıvaxtı.az-ın məlumatına görə, bu barədə APA TASS-a istinadən xəbər verir.

Məlumata görə, Özbəkistanın paytaxtı Daşkənddə beynəlxalq hava limanı daxili və xarici reyslərin qəbulunu dayandırıb.

Daşkənd metropoliteni də elektrik enerjisinin olmaması səbəbindən fəaliyyətini dayandırıb.

Qırğızıstan və Qazaxıstanda elektrik enerjisi təchizatı ilə bağlı problemlər qalsa da, yerli hava limanları təyyarə reyslərini qəbul etməyə davam edir.

Elektrik enerjisi təchizatındakı problemin səbəbi açıqlanmır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

17 Noyabr 2026