• Bakı 11° C

    1.71 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Üç vəzifəli şəxsə şiddətli töhmət VERİLDİ

CƏMİYYƏT

12 Iyun 2024 | 22:10 | Müəllif: Subhan Mahmudov

Üç vəzifəli şəxsə şiddətli töhmət VERİLDİ

Təhsil müəssisələrində şagirdlərin dərsə, pedaqoji və texniki işçilərin işə davamiyyəti, tədris-pedaqoji və maliyyə-təsərrüfat sənədlərinin qaydalara uyğun tərtib olunmasının yoxlanılması və digər məsələlərin araşdırılması məqsədilə monitorinq və yoxlamalar aparılıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Qarabağ Regional Təhsil İdarəsi məlumat yayıb.

Məlumata görə, yoxlama zamanı dərnəklərin düzgün təşkil olunmadığı, işçilərin işə davamiyyətinin zəif olduğu, işçilərin öz vəzifə funksiyalarını qanunamüvafiq yerinə yetirmədiyi, şagird davamiyyətinin zəif olduğu, sənədləşmə işlərinin düzgün aparılmadığı müəyyən edilib.

Ağcabədi Rayon Uşaq-Gənclər İnkişaf Mərkəzinin, Ağdam rayon 129 nömrəli tam orta məktəbinin, Bərdə rayon Zümürxan kənd Xankişi İsmayılov adına tam orta məktəbin direktorlarına sonuncu xəbərdarlıqla şiddətli töhmət verilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Noyabr 2026
21 Noyabr 2026