• Bakı 28° C

    8.11 m/s

  • USD - 1.7

    EUR - 1.8551

    RUB - 0.0198

Əvvəllər məhkum olunmuş şəxslərin cinayət əməlləri azalıb

CƏMİYYƏT

12 Iyul 2024 | 20:02

Əvvəllər məhkum olunmuş şəxslərin cinayət əməlləri azalıb

Daxili İşlər və Ədliyyə nazirliklərinin əlaqəli fəaliyyəti əvvəllər məhkum olunmuş şəxslərin və qrup halında törədilən cinayətlərin açılmasına və azalmasına müsbət təsir göstərib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə 2024-cü ilin 6 ayında əməliyyat-xidməti fəaliyyətin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş Daxili İşlər Nazirliyinin Kollegiya iclasında vurğulanıb.

Ədliyyə Nazirliyinin Penitensiar xidməti ilə birgə görülən işlərin səmərəliliyinin və nəticələrinin yüksək qiymətləndirildiyi iclasda qeyd edilib ki, əvvəllər məhkum olunmuş şəxslərin və qrup halında törətdiyi cinayətlərin açılması cəzanın labüdlüyü prisipinin təmin olunmasına xidmət edir.


SON XƏBƏRLƏR