• Bakı 26° C

    6.91 m/s

  • USD - 1.7

    EUR - 1.8828

    RUB - 0.0188

Londondakı sirli qadın Bakıya gətirilir? – Girovluqdakı oliqarx arvadının ibrətamiz taleyi 

GÜNDƏM

08 Avqust 2024 | 11:41

Londondakı sirli qadın Bakıya gətirilir? – Girovluqdakı oliqarx arvadının ibrətamiz taleyi 

Beynəlxalq Bankın keçmiş sədri Cahangir Hacıyevin həyat yoldaşı Zamirə Hacıyevanın Londonda olan əmlakının müsadirə olunması müzakirələrə səbəb olub.

Ortaya bir neçə sual çıxır: Britaniyada hesablarına həbs qoyulan Z.Hacıyevanın özünü də həbs gözləyirmi?

O, Azərbaycana qayıtsa, hansı aqibətlə üzləşər?

Mövzunu şərh edən siyasi şərhçi Heydər Oğuzun sözlərinə görə, xarici mediada tez-tez Zamirə Hacıyevanın hansısa əmlakının müsadirə olunduğu xəbərləri yayılır.

Onun fikrincə, xəbər yayılsa da, nəticə olmur:

“Faktiki olaraq bu zamanadək onu həbs etməyiblər. Deməli, yenə də onun həbsi gözlənilmir. Məsələ burasındadır ki, Zamirə Hacıyeva müxtəlif arqumentlərlə məsuliyyətdən yayına bilir. Gah əmlakın ona yox, yoldaşına aid olduğunu, yoldaşının isə hazırda həbs çəkdiyini, gah da bu sərvətlərin yoldaşı bank sədri olmamışdan biznesdən qazandığı pulla əldə etdiklərini bildirir.

Beləcə, cinayət məsuliyyətindən yayınır. Açığı, ingilis məhkəmələri də bu iddiaların üstünə çox getmirlər. Səbəbi də odur ki, öz dövlətindən oğurlayıb Böyük Britaniyaya vəsait yatıranları sərt şəkildə cəzalandırsalar, digər korrupsionerləri ürküdərlər. Nəticədə heç kim əlindəki vəsaiti oraya yatırmaz. Belə baxanda ingilislərə bu cür mühakimə sistemi sərf edir. Necə olsa, hər kəs dövlətindən oğurladığını Böyük Britaniyaya yatırır, Böyük Britaniya isə özünün “Məşədi İbadı” kimi baxdığı bu insanları məhkəmələrə çəkərək varidatlarını mənimsəyir. Müstəmləkə kimi baxdığı inkişaf etməkdə olan zəif dövlətləri istismarın ən asan yollarından biri də budur: əvvəl oğurlanan pulların Böyük Britaniyaya axışına şərait yaradırlar, sonra “mənbəyini göstər” deyib, bu vəsaitləri onların əlindən alırlar. Necə ki, Hacıyevlərə qarşı da eyni siyasəti həyata keçirirlər. Məhkəmə sənədlərindən bəlli olur ki, Zamirə Haciyevanın adına ümumi məbləği 26 milyon funtdan çox, yəni 56 milyon manat dəyərində əmlak var və onlar aksiona çıxarılacaq. Satışdan sonra London hökuməti Milli Cinayət Agentliyinin xərclərini çıxmaqla, məbləğin 70 faizini özünə götürəcək, yerdə qalan məbləğ Zamirə Hacıyevaya qaytarılacaq. Beləcə, Z.Hacıyevanın soyulmasının növbəti mərhələsi başlayacaq. Müflisləşdirməyənə qədər ondan əl çəkməyəcəklər”.

Azərbaycanın korrupsioner məmurlarının “gözü çıxmış qardaşlarından ibrət dərsi almadığına” inanan Heydər Oğuzun fikrincə, ölkəmizin bir çox məmurlarını eyni tale gözləyir:

“Amma nə yazıq ki, tamahları onlara dərindən düşünüb addımlar atmağa imkan vermir. Nəticədə özləri də bilmədən imperialist qüvvələrin əlində doğma ölkələrini çapıb-talayan və topladıqlarını ağalarına yedirən töyçüyığana çevrilirlər. Sonunda isə imperializmə nökərliyin komisyon haqqını alırlar”./Globalinfo.az


SON XƏBƏRLƏR

09 Sentyabr 2024