• Bakı 26° C

    6.91 m/s

  • USD - 1.7

    EUR - 1.8828

    RUB - 0.0188

Naxçıvanda özəlləşdirmədən gələn gəlirlərin sayı artıb

İQTİSADİYYAT

08 Avqust 2024 | 10:28

Naxçıvanda özəlləşdirmədən gələn gəlirlərin sayı artıb

Naxçıvan Muxtar Respublikasında dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı gəlirlər bu il kəskin artıb.

Bu barədə Bakıvaxtı.az-a Naxçıvan MR İqtisadiyyat Nazirliyindən bildirilib.

Belə ki, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən bu ilin yanvar-iyul ayları ərzində 143 dövlət əmlakı özəlləşdirilib. Bu özəlləşdirmədən dövlət büdcəsinə daxilolmalar 1,1 milyon manat olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 10,1 dəfə çoxdur.

    Bildirilib ki, daxilolmaların kəskin artımı müraciətlərin sayının artımı, keçirilən hərracların sayının artması ilə bağlıdır.


    SON XƏBƏRLƏR

    09 Sentyabr 2024