• Bakı 26° C

    6.91 m/s

  • USD - 1.7

    EUR - 1.8828

    RUB - 0.0188

İrandan İsraillə bağlı açıqlama: "Bizim prioritetimiz..."

DÜNYA

08 Avqust 2024 | 12:31

İrandan İsraillə bağlı açıqlama: Bizim prioritetimiz...

"İranın əsas məqsədlərindən biri  İsrail rejiminin terror hücumlarının təkrarlanmasının qarşısını almaqdır".

Bakıvaxtı.az "BBC"yə istinadən xəbər verir ki, bunu İranın BMT-dəki daimi nümayəndəsi Səid İrəvani deyib.

O, Təl-Əviv rəhbərliyinin Qəzzaya hücumları daimi dayandıracağı təqdirdə Tehranın İsrailə hücum niyyətindən əl çəkəcəyi iddiaları ilə bağlı açıqlama verib.

"Bizim prioritetimiz hücumların daimi olaraq dayandırılmasını və Qəzzada işğalçı qüvvələrin geri çəkilməsini təmin etməkdir. Bundan əlavə, prioritetimiz Şəhid Haniyənin öldürülməsində iştirak edən hücumçuların cəzalandırılmasıdır".

Gülşən Şərif

 


SON XƏBƏRLƏR

09 Sentyabr 2024