• Bakı 25° C

    6.91 m/s

  • USD - 1.7

    EUR - 1.8828

    RUB - 0.0188

Paris-2024: Azərbaycanın bədii gimnastı növbəti dəfə çıxış edib - YENİLƏNİB

İDMAN

08 Avqust 2024 | 17:50

Paris-2024: Azərbaycanın bədii gimnastı növbəti dəfə çıxış edib - YENİLƏNİB

Azərbaycanın bədii gimnastı Zöhrə Ağamirova Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında üçüncü dəfə çıxış edib.

Bakıvaxtı.az xəbər verir ki, 23 yaşlı idmançı bu dəfə lentlə bacarığını göstərib.

Təmsilçimiz 28.400 xala layiq görülüb. Ağamirova sonuncu çıxışını gürzlə edəcək.

Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.

***

14:42

Azərbaycanın bədii gimnastı Zöhrə Ağamirova Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında növbəti dəfə çıxış edib.

Bakıvaxtı.az xəbər verir ki, 23 yaşlı idmançı bu dəfə halqalarla bacarığını göstərib.

Təmsilçimiz 32.500 xala layiq görülüb. Ağamirova növbəti dəfə lent və gürzlə də bacarığını göstərməyə çalışacaq. O, hələlik 5-ci sıradadır.

Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.

***

12:42

Azərbaycanın bədii gimnastı Zöhrə Ağamirova Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında mübarizəyə start verib.

Bakıvaxtı.az xəbər verir ki, 23 yaşlı idmançı ilk olaraq topla hərəkətlərdə çıxış edib.

Təmsilçimiz 30.200 xala layiq görülüb. Ağamirova halqa, lent və gürzlə də bacarığını göstərməyə çalışacaq. O, hələlik 7-ci sıradadır.

Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.

 


SON XƏBƏRLƏR

09 Sentyabr 2024