• Bakı 26° C

    6.91 m/s

  • USD - 1.7

    EUR - 1.8828

    RUB - 0.0188

İranda prezident seçkisindən sonra 87 nəfər edam olunub

DÜNYA

08 Avqust 2024 | 12:20

İranda prezident seçkisindən sonra 87 nəfər edam olunub

İranda keçirilən növbədənkənar prezident seçkisindən sonra ölkə həbsxanalarında azı 87 nəfər edam olunub.

Bakıvaxtı.az “Radiofarda”ya istinadən xəbər verir ki, bunu Norveçdə yerləşən İran İnsan Hüquqlarını Müdafiə Təşkilatının başçısı Mahmud Əmiri Müqəddəm bildirib.

Onun sözlərinə görə, Tehran hakimiyyəti İsraillə gərginliyə beynəlxalq diqqətdən sui-istifadə edərək məhbusların kütləvi qətllərini həyata keçirir: “Bununla da İranda boğucu mühit yaradır”.

M.Ə.Müqəddəm bildirib ki, beynəlxalq ictimaiyyəti bu məsələyə diqqət yetirməzsə, yüzlərlə insan İranın qətl maşınının qurbanı olacaq.

Qeyd edək ki, İranda növbədənkənar prezident seçkisinin birinci turu bu il iyunun 28-də, ikinci tur isə iyulun 5-də keçirilib.


SON XƏBƏRLƏR

09 Sentyabr 2024