• Bakı 26° C

    6.91 m/s

  • USD - 1.7

    EUR - 1.8828

    RUB - 0.0188

KİV: Ukrayna Kurskda hücum əməliyatlarını davam etdirir

DÜNYA

08 Avqust 2024 | 12:39

KİV: Ukrayna Kurskda hücum əməliyatlarını davam etdirir

Kursk vilayətindəki Sudja şəhərinin bir hissəsi Ukrayna ordusunun nəzarətindədir.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Rusiyanın teleqram kanalları xəbər paylaşıb.

    Ərazidə olan bir sıra hərbi jurnalistlər bildirir ki, şəhərdə şiddətli döyüşlər davam edir. Onların ötürdüyü informasiyaya görə, artıq Ukrayna ordusu şəhərin yarıdan çox hissəsinə nəzarət edir:

    “Şəhərin bu hissəsinin müdafiəsinə Rusiyalı hərbçilərlə yanaşı, yerli özünümüdafiə dəstələri cəlb olunub. Strateji yaşayış məntəqəsi olan bu şəhər demək olar ki, tamamilə itirilib. Rusiya ordusu demək olar ki, Ukrayna hərbçilərinin Korenevo qəsəbəsi istiqamətində irəliləməsinin qarşısını alıb. Hazırda intensiv döyüşlər Loknya, Nikolski, Viktorovka, eləcə də Kruqlenskoye qəsəbələri uğrunda gedir”.

    Gələn məlumatlar arasında gecə saatlarında Rusiya hava hücumundan müdafiə vasitələrinin Kursk səması üzərində 6 ədəd pilotsuz uçuş aparatı və 5 ədəd raketi zərərsizləşdirdiyini açıqlayıb.

    Bununla yanaşı, bölgədən ziddiyyətli xəbərlər də gəlməkdədir. Belə ki, vilayət administrasiyasından Ukrayna ordusunun geri çəkildiyi ilə bağlı açıqlama verilib.

    Qeyd edək ki, avqustun 7-dən Kursk ərazisində fövqəladə vəziyyət rejimi tətbiq olunub.


    SON XƏBƏRLƏR

    09 Sentyabr 2024