• Bakı 26° C

    6.91 m/s

  • USD - 1.7

    EUR - 1.8828

    RUB - 0.0188

"Paris-2024": Bu gün güləş yarışlarına yekun vurulacaq

İDMAN

08 Avqust 2024 | 10:59

Paris-2024: Bu gün güləş yarışlarına yekun vurulacaq

Paris-2024 Yay Olimpiya Oyunlarının yunan-Roma güləşi yarışlarına bu gün yekun vurulacaq.

Bakıvaxtı.az xəbər verir ki, son iki çəkidə mükafatçılar bəlli olacaq.

Azərbaycan yığmasının bir güləşçisi xalçaya çıxacaq. Bu, "klassiklər"imizin Parisdə medal hesabını açmaq üçün axrıncı şans olacaq.

Yunan-Roma güləşi


67 kq
Həsrət Cəfərov Olimpiadada son görüşünə çıxacaq. O, bürünc medal uğrunda qarşılaşmada qüvvəsini sınayacaq. Dünya çempionatlarının gümüş və bürünc mükafatçısının rəqibi bugünkü təsəlliverici görüşlərdə bəlli olacaq.

Qeyd edək ki, yunan-Roma güləşi millimiz Fransa paytaxtına 5 idmançı ilə yollanıb. Onlardan dördü çıxışını medalsız başa vurub. /idman.biz

 


SON XƏBƏRLƏR

09 Sentyabr 2024