• Bakı 26° C

    6.91 m/s

  • USD - 1.7

    EUR - 1.8828

    RUB - 0.0188

Naxçıvanda COP 29-la bağlı konfrans keçirilir - YENİLƏNİB

COP29

08 Avqust 2024 | 16:21

Naxçıvanda COP 29-la bağlı konfrans keçirilir - YENİLƏNİB

Naxçıvan Biznes Mərkəzində "COP 29, İqlim dəyişikliklərinin ətraf mühitin komponentlərinə təsirləri" mövzusunda konfrans təşkil olunub.

Bakıvaxtı.az xəbər verir ki, konfransda Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli, COP29-un Prezidenti, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev, Naxçıvan Muxtar Respublikasının Baş naziri Ceyhun Cəlilov və Naxçıvan Muxtar Respublikasının ekologiya və təbii sərvətlər naziri Xanlar Mustafayev çıxışlar edəcək.

Konfrans çərçivəsində panel müzakirələr keçiriləcək. /Report

***

10:25

Naxçıvanda COP 29-la bağlı konfrans keçiriləcək

Bakıvaxtı.az xəbər verir ki, Naxçıvanda Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransı - COP 29-la bağlı konfrans keçiriləcək.

Naxçıvan Muxtar respublikasının yaranmasının 100 illiyi və “Yaşıl Dünya Naminə Həmrəylik İli” tədbirləri çərçivəsində keçiriləcək konfrans iştitrakçıları Ümummilli Lider Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında ucalan abidəsini ziyarət ediblər.

Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli, COP 29-un prezidenti, Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev və konfrans iştirakçıları Ulu Öndəin abidəsinə güllər düzüb, xatirəsinə ehtiramlarını bildiriblər.

Qeyd edək ki, Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev səfər çərçivəsində həmçinin Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin maddi-texniki bazası ilə tanışlıq olacaq, nazirlikdə vətəndaşların qəbulunu həyata keçirəcək.


SON XƏBƏRLƏR

09 Sentyabr 2024