Ukrayna Silahlı Qüvvələri cənub cəbhəsində Zaporojye vilayətinin Rabotino şəhərini azad edilb.
Bakıvaxtı.az UNİAN-a istinadla xəbər verir ki, bu barədə Ukrayna müdafiə nazirinin müavini Anna Malyar məlumat verib.
Onun sözlərin görə, müdafiə qüvvələri Rabotinonu tamamilə azad edib və irəliləyir.
Nazir müavini qeyd edib ki, bundan sonra qoşunlar bu qəsəbənin cənub-şərqinə doğru hərəkət edir.
"Ukrayna Silahlı Qüvvələri düşmənin şiddətli müqavimətinə baxmayaraq Novoprokopovka və Oçeretovatıya doğru irəliləyir", - deyə Anna Malyar vurğulayıb.
Murad Məmmədıi
















