• Bakı 15° C

    7.37 m/s

  • USD - 1.7

    EUR - 1.8832

    RUB - 2.0549

Ukrayna daha bir rus generalı zərərsizləşdirdi

DÜNYA

14 Iyul 2023 | 11:35

Ukrayna daha bir rus generalı zərərsizləşdirdi

Ukrayna Silahlı Qüvvələri Zaporojye vilayətinin Rusiyanın işğalı altında olan Berdyansk şəhərində RF-nin ordu generalı Olaq Tsokovu zərərsizləşdirib.

Bakıvaxtı.az  “RBK-Ukraina”ya istinadən xəbər verir ki, bunu Ukraynanın Mariupol şəhəri merinin müşaviri Pyotr Andryuşenko bildirib.

Məlumata görə, Ukrayna müdafiəçiləri Berdyanskda Rusiya hərbçilərinin yerləşdiyi “Dyuna” mehmanxanasını bombalayıb. Nəticədə Rusiyanın oteldəki hərbi rəhbərləri də ölüb. Onların arasında ordu generalı Oleq Tsokov da var.

Ukrayna Silahlı Qüvvələri Baş Qərargahı da bu məlumatı təsdiqləyib. Qərargahın sözçüsü Andrey Kovaleyov bildirib ki, işğalçılar bütün gecəni rusiyalı hərbçilərin meyitlərini yerli morqa daşıyıblar.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

12 Noyabr 2026