• Bakı 7° C

    4.26 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

“Ukrayna planı” hazırdır: 6 əyalət Rusiyaya, 4-ü isə… - AÇIQLAMA

SİYASƏT

08 Fevral 2024 | 09:38 | Müəllif: Qalib İbrahimoğlu

“Ukrayna planı” hazırdır: 6 əyalət Rusiyaya, 4-ü isə… - AÇIQLAMA

Ukrayna prezidenti Volodimir Zelenski “Rai1” telekanalına müsahibəsində Rusiya-Ukrayna müharibəsinin dalana dirəndiyini bildirib.

O, bunu tədarüklərin gecikməsi ilə izah edib. Zelenskinin sözlərinə görə, hazırda Ukraynanın kifayət qədər silah-sursatı yoxdur.

Rusiya-Ukrayna müharibəsinin hazırkı gedişatını Bakıvaxtı.az-a dəyərləndirən politoloq Cümşüd Nuriyev bildirib ki, Zelenski Ukraynanı çıxılmaz duruma salıb:

“Artıq Zelenski başa düşür ki, Rusiya ilə münasibətləri gərgin olduqca Ukrayna heç bir iş görə bilməyəcək. 17 gündən sonra müharibənin iki ili tamam olacaq. Ukrayna hələ də hər hansı siyasi-iqtisadi hüquqi hərbi qələbə çalmayıb. Əksinə vəziyyət getdikcə gərginləşir. Avropaya, daha doğrusu ABŞ-yə öz layihəsini həyata keçirmək lazım idi. Zelenski burda ancaq istifadə olunan bir siyasi lider idi. Ondan istifadə edib kənara atdılar. Amma olan Ukraynaya oldu. Ərazisi paramparça edildi. Özünə gəlmək üçün bu ölkəyə hələ 10-15 il lazım olacaq”.

Politoloq vurğulayıb ki, Ukraynanın layihəsi hazırdır. Onun sözlərinə görə, altı əyaləti Rusiya götürüb, digər dörd əyaləti Polşa, Ruminya və Macarıstan götürəcək:

“Geriyə balaca bir Ukrayna qalacaq. O da Avropaya lazım idi. Avropa Ukraynanın böyük ərazisini qəbul edə bilmirdi. Görünən odur ki, Zelenski uzağı görə bilmədi və vəziyyəti qarışdırdı”.

Cümşüd Nuriyev: Geriyə balaca bir Ukrayna qalacaq, o da Avropaya lazım idi

Müsahibimiz Rusiya-Ukrayna müharibəsində Türkiyənin roluna da diqqət çəkib. Bildirib ki, bu müharibədə Türkiyənin rolu böyükdür:

“Türkiyə NATO üzvü olan bir dövlətdir. NATO-nun əsas xəttindən kənara çıxa bilməyəcək. Bu tərəfdən də Azərbaycana görə Rusiya ilə münasibətlərini korlamayacaq. Bu ay Putinin Türkiyəyə səfəri gözlənilir. Çox güman ki, səfər zamanı da müharibə ilə bağlı sıra məqamlara toxunulacaq”.

Günəş Mərd


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR