• Bakı 14° C

    2.81 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

Ukrayna Rusiyanın desant gəmisini vurub

DÜNYA

25 Noyabr 2025 | 14:45

Ukrayna Rusiyanın desant gəmisini vurub

Ukrayna ordusu uzaqmənzilli dronlar vasitəsilə Rusiyanın Novorossiysk limanına zərbələr endirib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ukrayna Teleqram kanalları məlumat yayıb.

Məlumata görə, zərbələr neft terminalı və Hərbi Dəniz Donanmasının bazasına endirilib.

Nəticədə neft terminalının infrastrukturu, S-300/S-400 hava hücumundan müdafiə sistemlərinin mövqeləri və lövbərdə olan böyük desant gəmisi vurulub.

Əməliyyatı Ukrayna Təhlükəsizlik Xidməti Baş Kəşfiyyat İdarəsi, PUA qüvvələri və Ukrayna Hərbi Dəniz Donanmasının sahil raket-artilleriya qoşunları ilə birlikdə həyata keçirib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

13 Noyabr 2026