• Bakı 20° C

    1.62 m/s

  • USD - 1.7

    EUR - 1.9528

    RUB - 2.0132

Ukraynada hərbi vəziyyət bu tarixədək uzadılacaq

DÜNYA

20 Iyul 2024 | 18:12 | Müəllif: Subhan Mahmudov

Ukraynada hərbi vəziyyət bu tarixədək uzadılacaq

Ukraynada hərbi vəziyyətin müddəti noyabrın 9-dək uzadılacaq.

Bakıvaxtı.az bildirir ki, bu barədə Ali Radanın deputatı Yaroslav Jeleznyak Teleqram kanalında məlumat yayıb.

Onun sözlərinə görə, gələn həftə keçiriləcək səsvermə ilə Ukraynada hərbi vəziyyət yenidən 90 gün müddətinə uzadılacaq:

"Yaxın günlərdə prezident parlamentə hərbi vəziyyətin müddətinin uzadılması barədə və ümumi səfərbərliyin müddətinin uzadılması barədə olmaqla, iki sənəd təqdim edəcək".

Qeyd edək ki, Ukraynada hələlik hərbi vəziyyət 11 avqustadək qüvvədədir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Sentyabr 2026