Tacikistan Çindən 40,7 milyon dollar təmənnasız yardım aldığını açıqlayıb.
Bakıvaxtı.az bu barədə xarici mətbuata istinadla xəbər verir.
Məlumaya görə, Tacikistan dövlətlərin razılaşdırdığı müxtəlif layihələrin həyata keçirilməsi üçün Çin hökumətindən 300 milyon yuan (təxminən 40,7 milyon dollar) qrant yardımı alacaq.
Bildirilib ki, iyulun əvvəlində Çin sədri Si Cinpinin Düşənbəyə səfəri zamanı Tacikistan prezidenti Emoməli Rəhmonun mətbuat xidməti təfərrüatları təqdim etmədən müvafiq sənədin imzalandığını elan edib.
Qeyd olunur ki, saziş layihəsi Tacikistan hökuməti tərəfindən bəyənilib və bağışlanan on milyonlarla vəsaitin istifadəsi zamanı iki ölkə hökumətlərinə mütəmadi olaraq hesabat veriləcək.
Mina Mikayılova



jpg-1726663434.webp)

jpg-1726662015.webp)










