• Bakı 22° C

    9.16 m/s

  • USD - 1.7

    EUR - 1.8238

    RUB - 0.0183

Ukraynada mer 9 il müddətinə azadlıqdan məhrum edilib

DÜNYA

17 Aprel 2024 | 23:52

Ukraynada mer 9 il müddətinə azadlıqdan məhrum edilib

Ukraynanın Odessa vilayətinin Reni şəhərinin meri İhor Plexov rüşvətalmada təqsirli bilinərək 9 il müddətinə azadlıqdan məhrum edilib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə ölkənin Ali Antikorrupsiya Məhkəməsi məlumat yayıb.

Məhkəmə iclası aprelin 17-də baş tutub. Plexovla birlikdə Reni Şəhər Şurasının keçmiş deputatı İvan Poydolova da hökm oxunub.

İstintaqa görə, onlar 2,5 hektar ərazisi olan kommunal torpağın icarəsi üçün 100 min dollar rüşvət almaq istəyiblər. Məbləğin yarısını alarkən ifşa olunublar.

Məhkəmə hər ikisini təqsirli bilib və meri 9 il, eks-deputatı isə 10 il müddətinə azadlıqdan məhrum edib. Onlar həmçinin 3 il müddətinə yerli özünüidarəetmə orqanlarında və dövlət orqanlarında vəzifə tutmaq hüququndan məhrum edilib və əmlakları müsadirə edilib./report


SON XƏBƏRLƏR

29 Aprel 2024