• Bakı 12° C

    6.85 m/s

  • USD - 1.7

    EUR - 1.8681

    RUB - 2.0687

Ukraynada müharibədə həlak olan uşaqların sayı 353-ə çatıb

DÜNYA

16 Iyul 2022 | 13:33 | Müəllif: Subhan Mahmudov

Ukraynada müharibədə həlak olan uşaqların sayı 353-ə çatıb

Ukraynada müharibədə həlak olan uşaqların sayı 353-ə çatıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ukrayna Baş Prokurorluğunun "Telegram" hesabında məlumat verilib.

Bildirilib ki, fevralın 24-dən bu günə qədər 353 uşaq həyatını itirib, 662 uşaq yaralanıb.

Baş Prokurorluqdan o da bildirilib ki, aktiv hərbi əməliyyatların aparıldığı əraziləri və müvəqqəti işğal olunmuş əraziləri yoxlamaq mümkün olmadığı üçün bu məlumatlar tam dəqiq deyil.

Qeyd olunub ki, Donetsk vilayətində - 353, Xarkov vilayətində - 191, Kiyev vilayətində - 116, Çerniqov vilayətində - 68, Luqansk vilayətində - 61, Nikolayev vilayətində - 53, Xerson vilayətində - 52, Zaporojye vilayətində - 31 uşaq Rusiyanın Ukraynaya qarşı apardığı müharibədən zərər çəkib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR