• Bakı 12° C

    5.32 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Ukraynada rusiyalı əsgərlərlə bağlı daha 8 cinayət işi başlanılıb

DÜNYA

08 Iyun 2022 | 16:23

Ukraynada rusiyalı əsgərlərlə bağlı daha 8 cinayət işi başlanılıb

Ukraynada rusiyalı əsgərlərlə bağlı daha səkkiz hərbi cinayət işi başlanılıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə məlumatı Ukraynanın Baş prokuroru İrina Venediktova milli televiziyada açıqlayıb.

“Söhbət təkcə əməliyyata gələn döyüşçülərdən deyil, mülki insanları zorlamağa, qarət etməyə, öldürməyə gələnlərdən də gedir”, - deyə Venediktova bildirib.

O, həmçinin prokurorların 16 minə yaxın hərbi cinayət işi üzrə araşdırma apardığını da deyib.

Xatırladaq ki, mayın 23-də 21 yaşlı rus əsgər Vadim Şişimarin Ukraynada silahsız bir şəxsi  öldürdüyünə görə ömürlük həbs cəzasına məhkum edilib. (qafqazinfo)


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026