• Bakı 12° C

    1.79 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Rusiya Britaniya səfirinə parlament binasına girişi qadağan etdi

DÜNYA

08 Iyul 2022 | 13:40

Rusiya Britaniya səfirinə parlament binasına girişi qadağan etdi

İyulun 8-də Rusiya Federasiya Şurasının Reqlament və Parlament Fəaliyyətinin Təşkili Komitəsi qaydalara uyğun olaraq Böyük Britaniyanın Rusiyadakı səfiri Debora Bronnertin və krallığın digər diplomatlarının qurumun binasına daxil olmasını qadağan edib.

Bakıvaxtı.az xəbər verir ki, Federasiya Şurasının Komitəsi bu qərarı Rusiyanın Böyük Britaniyadakı rəsmi nümayəndələrinin ölkə parlamentinin binasına girişinin məhdudlaşdırılmasından sonra cavab addımı olaraq qəbul edib.

“Komitə cavab olaraq Böyük Britaniyanın Rusiya Federasiyasındakı səfirinin və diplomatik səfirliyin digər əməkdaşlarının Federasiya Şurasının binasını ziyarət etmə imkanını və oradakı iştirakını ləğv qərarına gəlib”, - deyə komitənin rəhbəri Vyaçeslav Timçenko iclasda bildirib.

Cavab tədbirləri barədə qərar yekdilliklə qəbul edilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Noyabr 2026