• Bakı 12° C

    4.56 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

"Komsomolskaya Pravda"nın müxbiri Kosovada həbs edilib

DÜNYA

07 Avqust 2022 | 09:55 | Müəllif: Qalib İbrahimoğlu

"Komsomolskaya Pravda"nın müxbiri Kosovada həbs edilib

"Komsomolskaya Pravda"nın müxbiri Darya Aslamovanın Kosovada həbs edildiyi bildirilir.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə tanınmamış Kosovanın daxili işlər naziri Celal Sveçliya mətbuat konfransında bildirib.

Media nümayəndəsi şənbə günü, avqustun 6-da saxlanılıb. Məlumata görə, o, casusluqda şübhəli bilinir. Celal Sveçliya onun barəsində bunları deyib:

"Bir neçə ölkə onun Rusiya hərbi kəşfiyyatı üçün casusluq etdiyini və jurnalist adı altında hərəkət etdiyini sübut edib".

Daxili İşlər Nazirliyinin rəhbəri əlavə edib ki, jurnalist UUkraynada hərbi əməliyyatlarda iştirak edib.

Redaksiyadan isə bildirilir ki, Aslamova qəzetin göstərişi ilə Serbiyada olub (apa). O, həbs olunandan bəri əlaqə saxlamayıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026