• Bakı 13° C

    6.4 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Ukraynanın ehtiramla vidalaşdığı Elnurun dəfn yeri MƏLUM OLDU - VİDEO

CƏMİYYƏT

09 Aprel 2022 | 11:23 | Müəllif: Subhan Mahmudov

Ukraynanın ehtiramla vidalaşdığı Elnurun dəfn yeri MƏLUM OLDU - VİDEO

Ukraynanın ərazi bütövlüyünü qoruyarkən həlak olan və vida mərasimində Ukrayna dilində Azərbaycan Himni səsləndirilən soydaşımızın nəşi bu gün Azərbaycana gətiriləcək.

Bakıvaxtı.az-ın məlumatına görə, İrpen istiqamətində “Karpat Seçi” könüllü batalyonunun tərkibində döyüşmüş 1993-cü il təvəllüdlü Elnur Həsənov bazar günü Goranboy rayonunda dəfn ediləcək. Belə ki, əslən Kəlbəcər rayonu Cəmilli kəndindən olan Elnurun ailəsi 1992-ci ildə erməni işğalından sonra Kəlbəcərdən Goranboya köçüb və o, bu rayonda böyüyüb boya-başa çatıb.

Qeyd edək ki, Elnur Ukraynada könüllü batolyonunda kəşfiyyatçı kimi döyüşüb. O, “Alik” ləqəbi ilə tanınıb. Elnur Həsənov peşəkar hərbçi olub, həmçinin Vətən müharibəsi zamanı Qarabağda döyüşüb, snayper dəstəsinin rəhbəri olub.

Elnur Həsənovun yaxınlarının sosial şəbəkələrdə yaydığı məlumata görə, onun iki övladı var, həyat yoldaşı hamilədir.(qafqazinfo)


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026