• Bakı 24° C

    9.12 m/s

  • USD - 1.7

    EUR - 1.9353

    RUB - 2.0073

Uşaqlarda naməlum mənşəli hepatit aşkar edildi

DÜNYA

20 Aprel 2022 | 18:51 | Müəllif: Subhan Mahmudov

Uşaqlarda naməlum mənşəli hepatit aşkar edildi

Niderlandda dörd uşaq naməlum mənşəli kəskin hepatitə yoluxub.

Bakıvaxtı.az-ın məlumatına görə, bu barədə Qroningen Universitetinin tibbi mərkəzinin cərrahı Ruben de Kleyn bildirib.

Qeyd olunub ki, həmin uşaqlardan üçünə qaraciyər transplantasiya edilib. Hazırda hepatitin yaranma səbəbləri və mənşəyi araşdırılır.

Ötən gün Avropa Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzi naməlum mənşəli kəskin hepatitin Böyük Britaniya, Danimarka, İrlandiya, İspaniya və ABŞ-da uşaqlarda aşkar edildiyini açıqlamışdı.

Bu xəstəliyin koronavirus və ya koronavirusa qarşı vaksinasiya ilə əlaqəli olmadığı müəyyən edilib.(trend)


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Sentyabr 2026