• Bakı 13° C

    6.75 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

ÜST-dən həyəcan təbili: COVID-19-a yoluxma hallarının...

DÜNYA

18 Avqust 2023 | 09:04 | Müəllif: Subhan Mahmudov

ÜST-dən həyəcan təbili: COVID-19-a yoluxma hallarının...

İyulun 17-dən avqustun 13-dək olan dövr ərzində dünyada 1,4 milyondan çox insan koronavirus infeksiyasına yoluxub, 2,3 mindən çox insan bu xəstəlikdən dünyasını dəyişib. 

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bildirib.

Məlumata görə, əvvəlki 28 günlə müqayisədə yoluxanların sayı 63 faiz artıb. Əvvəlki 28 günlə müqayisədə yoluxanların sayı 63% artıb, ölənlərin sayı isə 56 faiz azalıb.

Bildirilir ki, dörd həftə ərzində 1,422,538 yoluxma və 2,366 ölüm qeydə alınıb. 104 ölkədən COVID-19-a yoluxma ilə bağlı məlumatlar daxil olub. ÜST-nin mayın 5-də elan etdiyi fövqəladə vəziyyətin sona çatmasına baxmayaraq, təşkilat COVID-19-un "hələ də ciddi təhlükə olaraq qaldığını" bildirib.

Təşkilat koronavirusun omikron ştammının EG.5 variantının yayılmasına xüsusi diqqət yetirir. Avqustun 17-nə olan məlumata görə, bu variant artıq 50 ölkədə aşkar edilib ki, bu da bir həftə əvvəlkindən iki ölkə çoxdur.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR