Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Əfqanıstandakı Taliban səlahiyyətlilərindən humanitar təşkilatlarda çalışan əfqan qadınlarına qoyulan məhdudiyyətləri aradan qaldırmağı xahiş edib.
Bakıvaxtı.az "DHA"ya istinadən xəbər verir ki, bu barədə ÜST-nin Əfqanıstandakı nümayəndəliyinin rəhbərinin müavini Mukta Sharma açıqlama verib.
Onun sözlərinə görə, Reuters agentliyinə bildirib ki, Əfqanıstanda tibb işçilərinin təxminən 90%-i kişilər, qalan 10%-i isə tibb bacılarıdır. Bu, qadınların lazımi qayğı almasını çətinləşdirir, çünki çoxları kişi həkimlərdən qaçır və tibbi yardım ala bilmirlər.
"Həmçinin Taliban Əfqanıstanda hakimiyyətə gəldikdən sonra qadın tələbələrin orta məktəb və universitetlərə getməsini qadağan edib və bu, Əfqanıstanda qadın həkim çatışmazlığına səbəb olub. ÜST Əfqanıstandan qadınların kişi qohumunun müşayiəti olmadan səyahət etmələrinə icazə verməyi və son güclü zəlzələdən sonra ehtiyacı olan qadınlara yardım göstərməyi xahiş edir. Çünki bu ərazilərdə qadın kadr çatışmazlığı əsas problemə çevrilir".
Gülşən Şərif