• Bakı 16° C

    12.11 m/s

  • USD - 1.7

    EUR - 1.8451

    RUB - 0.0174

Xaçaturyan qondarma rejimin “orqanları”nın saxlanmasına qarşıdı

DÜNYA

28 Noyabr 2023 | 12:08

Xaçaturyan qondarma rejimin “orqanları”nın saxlanmasına qarşıdı

“Ermənistan Respublikası var və onun institutları fəaliyyət göstərir".

Bakıvaxtı.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, bunu prezident Vaaqn Xaçaturyan Qarabağda keçmiş qondarma qurumun “dövlət institutlarının qorunub saxlanılması" məsələsinə münasibət bildirərkən deyib.

"Qarabağın dövlət qurumları nə üçün lazımdır? Ermənistan Respublikası var və onun da dövlət institutları fəaliyyət göstərir", - Xaçaturyan jurnalistlərə bildirib. Onun sözlərinə görə, Ermənistan Qarabağ ermənilərinin hüquqlarını qoruyur.

“Ermənistan onların geri dönməsini necə asanlaşdırır?” sualına isə prezident deyib ki, bu mövzular müzakirə olunur.

V.Xaçaturyan, həmçinin bəyan edib ki, "Ermənistan hələ 1991-ci ildə Dağlıq Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıyıb”.


SON XƏBƏRLƏR

17 Oktyabr 2024