• Bakı 11° C

    3.74 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Vasif Talıbovdan dövlətə qarşı sensasion SƏRƏNCAM

CƏMİYYƏT

06 Dekabr 2022 | 16:46

Vasif Talıbovdan dövlətə qarşı sensasion SƏRƏNCAM

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun Bayraq Günü ilə bağlı sensasion sərəncamının mətni yayılıb.

Bakıvaxtı.az xəbər verir ki, Vasif Talıbov bu sərəncamla 17 noyabrı Naxçıvan Muxtar Respublikasında “Dövlət Bayrağı Günü” elan edib.

V.Talıbov bu fərmanı 2014-cü ildə imzalayıb və həmin tarixdən Naxçıvanda 17 noyabr (1991-ci il 17 noyabrda Naxçıvan Ali Məclisində Üçrəngli bayrağın ilk dəfə qaldırılmasına görə - red.) Bayraq Günü kimi qeyd edilir.

Zəruri olaraq bildirək ki, Azərbaycanda Dövlət Bayrağı Günü 9 noyabrdadır. Bu tarix Azərbaycan Prezidenti İlham Əliyevin 18 noyabr 2009-cu ildə imzaladığı sərəncamla qeyd edilir.

Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbovun 2014-cü ildə fərman imzalayaraq, 17 noyabrı Naxçıvanda Dövlət Bayraq Günü elan etməsi isə qanunsuzluqdur. Çünki Naxçıvan Azərbaycanın anklavıdır və Azərbaycan Respublikasında iki Bayraq Günü ola bilməz.

Xatırladaq ki, Azərbaycanda 17 Noyabr tarixi Milli Dirçəliş Günüdür.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Noyabr 2026