• Bakı 18° C

    2.41 m/s

  • USD - 1.7

    EUR - 1.9053

    RUB - 1.9948

Ət yenə BAHALAŞDI: Ekspert çıxış yolunu göstərir

CƏMİYYƏT

05 Yanvar 2023 | 16:16 | Müəllif: Qalib İbrahimoğlu

Ət yenə BAHALAŞDI: Ekspert çıxış yolunu göstərir

Ölkədə bahalığından əziyyət çəkdiyimiz məhsullardan biri də ətdir. Belə ki, bayramdan sonra ətin də qiyməti artıb.

Bahalaşmanın səbəbləri və həll yolu nədir?

Kənd təsərrufatı eksperti Vahid Məhərrəmov Bakıvaxtı.az-a açıqlamasında ətin qiymətinin artacağının gözlənilən olduğunu bildirib: “Ətin qiyməti ilə bağlı hələ bir müddət əvvəl proqnoz vermişdim. Müsahibələrimdən birində demişdim ki, ətin qiyməti 20 manata qalxmalıdır. Artıq bu gün ətin qiyməti 20 manatdır. Görünən bağa bələdçi lazım deyil”.

Onun sözlərinə görə, Azərbaycanda heyvandarlığın inkişafının qarşısı bilərəkdən alınır və yaxud o sahəyə məsul olanların qeyri-peşəkarlığından bu nəticəyə gəlinib: “Uzun müddətdir örüş əraziləri əkinə verilib, oliqarx məmurlar orada digər işlərlə məşğuldur. Örüş əraziləri azaldığı halda yem istehsalatı kəskin şəkildə aşağı düşüb. Bütün bunlar ətin, südün istehsalatına təsir edən amillərdir. Ümumiyyətlə, son dövrlər çalışırlar ki, heyvanı idxal edib kəsimini burda həyata keçirsinlər. Yəni baxmayaraq ki, rəqəmləri şişirdirlər, daxildə ət istehsalı əvvəlki səviyyədə deyil”,

Ölkədə ətin qiymətinin oktyabr ayında qalxdığını xatırladan ekspert qeyd edib ki, heç 3 ay keçmədən ət yenə bahalaşıb: “Bu ondan xəbər verir ki, ot və yemin bahalaşmağı ət istehsalı ilə məşğul olanlara sərf etmir. Ona görə qiyməti artırırlar. Heyvan idxalı manopoliyadadır. Onlar da çalışırlar ki, fürsətdən istifadə edib daha çox pul qazansınlar”.

V.Məhərrəmov bildirib ki, ot istehsalına diqqət yetirilməlidir: “Yem bazasının möhkəmləndirilməsi çox vacibdir. Azərbaycanda qüvvətli yemin istehsalı çox aşağı səviyyədədir. Tələbatın 2.5-3 milyon ton olduğu halda yüz min ton istehsal edirlər. Ona görə də, qüvvətli yem istehsalına fikir vermək lazımdır. Xaricdən idxal olunan komponentləri ölkə daxilində istehsal etmək lazımdır ki, ucuz başa gəlsin. Azərbaycanın bu kompanentləri istehsal etmək imkanı var. Bu, həm ətin, həm də südün qiymətinin aşağı düşməsinə gətirib çıxara bilər”.

Müsahibimiz Azərbaycanda südün də qiymətinin çox yüksək olduğunu deyib: “Dünya bazarında son 5 ayda ətin də, südün də qiyməti ucuzlaşıb. Azərbaycanda isə əksinədir, bahalaşıb. Çünki aparılan aqrar siyasət reallığa uyğun deyil”.

V.Məhərrəmov vurğulayıb ki, ümumiyyətlə, Kənd Təsərrufatı Nazirliyinin dəqiq bir sənədi yoxdur, ona görə də, hər hansı tədbir həyata keçirilmir: “ Ona görə də, heyvandarlıq məhsulları baha başa gəlir. ÜST-ün müəyyən etdiyi normaya əsasən, normalda illik adam başına 78 kiloqram ət düşür, Azərbaycanda isə cəmi 35 kiloqram ət istehsal olunur”.

Aytac Aslan


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

13 Oktyabr 2026