• Bakı 21° C

    2.62 m/s

  • USD - 1.7

    EUR - 1.9507

    RUB - 2.017

Vasif Talıbovu əvəz edəcək Azər Zeynalov kimdir? - DOSYE

SİYASƏT

21 Dekabr 2022 | 13:39 | Müəllif: Qalib İbrahimoğlu

Vasif Talıbovu əvəz edəcək Azər Zeynalov kimdir? - DOSYE

Xəbər verdiyimiz kimi, Naxçıvan Muxtar Respublikası (MR) Ali Məclisinin sədri Vasif Talıbov bu gün istefa verib. 

Bakıvaxtı.az xəbər verir ki, onun vəzifəsi Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Azər Yadulla oğlu Zeynalova həvalə edilib.

Azər Zeynalov 1970-ci ildə Şərur rayonunun Şərur şəhərində anadan olub.

1977-1987-ci ildə Şərur şəhəri 1 nömrəli orta məktəbində təhsil alıb.

1987-1992-ci illərdə Lipetsk Politexnik İnstitutunda təhsil alaraq Sənaye nəqliyyatı ixtisası üzrə mühəndis peşəsinə yiyələnib.

1992-1993-cü illərdə ordu sıralarında xidmət edib.

1993-cü ildə Şərur rayon Xalq Deputatları Məclisinin İcraiyyə Komitəsinin Təsərrüfat hesablı sahibkarlığa yardım konversiya şöbəsində mütəxəssis vəzifəsində çalışmış, 1994-cü ildə Şərur rayon İcra Hakimiyyəti aparatının humanitar məsələlər üzrə şöbəsində məsləhətçi, 1995-ci ildə həmin şöbədə Baş məsləhətçi vəzifəsində çalışıb. 2000- ci ilin dekabr ayında Naxçıvan MR Ali Məclisi aparatının Dövlət Quruculuğunun, ərazi idarəetmə orqanları, deputatlarla və daimi komissiyalarla iş üzrə şöbəsində Baş referent, 2001-ci ildən isə İqtisadiyyat şöbəsinin müdiri vəzifəsində çalışıb.

2003-2005-ci illərdə Azərbaycan Dövlət Dəmir Yolu Naxçıvan Hissəsinin rəisi vəzifəsində işləyib. 2005-2010-cu illərdə III çağırış Naxçıvan MR Ali Məclisinin deputatı və Ali Məclis sədrinin birinci müavini vəzifəsində işləyib.

Yenidən IV çağırış Naxçıvan MR Ali Məclisinin deputatı seçilmiş, Ali Məclisin birinci sessiyasında Ali Məclis sədrinin birinci müavini və İqtisadi siyasət komitəsinin sədri və V çağırış Naxçıvan MR Ali Məclisinin deputatı seçilmiş, Ali Məclis sədrinin birinci müavini və İqtisadi siyasət komitəsinin sədri vəzifələrinə seçilib. 2010-cu ildə Azərbaycan Respublikasının “Vətənə xidmətə görə” III dərəcəli ordeni ilə təltif olunub.

Ailəlidir, 2 övladı var.

Nuranə Daxilqızı


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Sentyabr 2026