• Bakı 24° C

    6.3 m/s

  • USD - 1.7

    EUR - 1.9493

    RUB - 2.0178

Vaşinqtonda atışma olub, 5 nəfər yaralanıb

HADİSƏ

22 Sentyabr 2021 | 00:20 | Müəllif: Subhan Mahmudov

Vaşinqtonda atışma olub, 5 nəfər yaralanıb

ABŞ-ın Vaşinqton şəhərində silahlı insident baş verib.

Bakıvaxtı.az Trend-ə istinadən bildirir ki, bu barədə "The Washington Post" qəzeti Kolumbiya dairəsinin polis idarəsinin rəisi Robert Kontiyə istinadən xəbər verir.

Məlumata əsasən, naməlum silahlı şəxs ərzaq mağazasının yaxınlığında dayanan bir qrup insana odlu silahdan atəş açıb. İnsident nəticəsində biri 13 yaşlı yeniyetmə olmaqla 5 nəfər yaralanıb.

Bildirilir ki, onlardan 3-ü xəstəxanaya çatdırılıb, yeniyetmə və digər yaralı şəxs isə özləri həkimə müraciət ediblər.

R.Konti mətbuat konfransında baş vermiş hadisəni qəbuledilməz adlandırıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

17 Sentyabr 2026