• Bakı 14° C

    4.49 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Vaxtı keçmiş məhsullar yenidən satışda - FOTOLAR

CƏMİYYƏT

21 Aprel 2023 | 10:12

Vaxtı keçmiş məhsullar yenidən satışda - FOTOLAR

“OBA Market” MMC-nin istehlaka yararsız bananı təzə adı ilə “böyük endirimlə” müştərilərə təklif etməsi şikayətlərə səbəb olub. 

Bakıvaxtı.az-ın məlumatına görə, əslində vaxtı keçmiş mal piştaxtadan götürülməli və mağazadan birbaşa məhvetmə poliqonuna getməlidir.

“OBA Market”in istehlaka yararsız ərzaq məhsulunu satışa qoyması, məhsulların keyfiyyətinə və təzəliyinə nəzarətin edilməməsi istehlaçıların tənqidinə səbəb olub. 

Qeyd edək ki, müxtəlif məhsul növləri saxlanılmalı olduqları temperatur dərəcəsindən və soyuq anbar ilə nəqliyyat vasitəsi arasındakı müddətdən asılı olaraq fərqli rəf ömrünə malikdir. Soyuq temperaturda və ya ən azından temperaturuna nəzarət edilməli olan anbarda saxlanılması mütləq olan məhsullar sırasına tez xarab olan qida məhsulları, meyvə və tərəvəz, ət və dəniz məhsulları, süd məhsulları var. 

İbRa


Vaxtı keçmiş məhsullar yenidən satışda - FOTOLARVaxtı keçmiş məhsullar yenidən satışda - FOTOLAR
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Noyabr 2026