• Bakı 13° C

    1.95 m/s

  • USD - 1.7

    EUR - 1.9129

    RUB - 2.0186

Vaxtından əvvəl nübar: Özümüz özümüzə dərd alırıq

CƏMİYYƏT

06 Aprel 2023 | 11:33 | Müəllif: Qalib İbrahimoğlu

Vaxtından əvvəl nübar: Özümüz özümüzə dərd alırıq

Hər birimiz vaxtından əvvəl yetişdirilmiş meyvələrdən alırıq. Amma çox vaxt da bu meyvələrin orqanizmimizə nə qədər ziyanlı olduğunun fərqinə varmırıq.

İndi dükan-bazarlarda piştaxtaları gözoxşayan çiyələklər bəzəyir. Mütəxəssislər az qala pomidor böyüklüyündə olan çiyələklərin istifadəsini məqsədəuyğun bilmirlər.

Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov Bakıvaxtı.az-a açıqlamasında deyib ki, hər bir meyvəni və tərəvəzi mövsümündə yemək daha məqsədəuyğundur:

“İndi bazara çıxarılan çiyələklər istixanalarda yetişdirilir. İldən ilə çiyələklərin və digər erkən meyvələrin tərkibində olan nitratların miqdarı azalır. Ölçmələr aparırıq və ciddi nəzarətlər var”.

Onun sözlərinə görə, bu cür meyvələrin yetişdirilməsində çoxsaylı preparatlardan istifadə edirlər:

“Cəlilabadda çiyələk plantasiyasında istifadə olunan 30-a qədər preparat qeydə alınıb. Qeyd etdiyim kimi, erkən çiyələklərin istehsalında çoxsaylı kimyəvi preparatlardan istifadə olunur. Əgər insan çox tələbat hiss edirsə, az miqdarda istehlak edə bilər. Çox istifadəsi məsləhət görülmür”.

Müsahibimiz xüsusilə vurğulayıb ki, istehlakçılar müəyyən problemlər hiss edərlərsə, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin 1003 qaynar xəttinə şikayət edə bilərlər.

Tibbi ekspert Rasif Bağırov isə Bakıvaxtı.az-a deyib ki, meyvələrin vaxtından tez bazara çıxarılması iqtisadi nöqteyi nəzərdən pul qazanmaq söhbətidir. Onun sözlərinə görə, satıcılar, əkinçilər istəyirlər ki, məshul tez yetişsin satılsın. Bunun üçün də normadan artıq meyvələrə azot maddəsi vurulur. Meyvə bir günün içərisində böyüyür, kifayət qədər inkişaf edir:

“Azotun səviyyəsi meyvədə nə qədər çox olarsa, o qədər orqanizm üçün ziyandır. Həmin qidaları qəbul etdikdən sonra orqanlarda xəstəliklərə yol açır. İnsanlarımız bunu əvvəl hiss etmirlər, deyirlər "hə, yedim, xəstə olmadım ki ?!" Ancaq bilməlidirlər ki, azot bir yox, bir neçə qidalar vasitəsi ilə orqanizmə daxil olur və üst-üstə toplanır, Hansısa orqanda ya bədxassəli şiş əmələ gəlir, ya böyrək çatışmazlığı yaşanır, ya da mədə, ciyər xəstəliklərinə yol açır. Bu səbəbdən ölkədə uzun ömürlü şəxslərin sayı get-gedə azalmaqdadır”.

Xəyalə Rza

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

03 Oktyabr 2026