• Bakı 14° C

    4.49 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Vəfa Ülviyyə ilə BARIŞMAQ İSTƏMƏDİ

MƏDƏNİYYƏT

11 Iyun 2024 | 09:50

Vəfa Ülviyyə ilə BARIŞMAQ İSTƏMƏDİ

Teleaparıcı Elgiz Əkbər müğənnilər Vəfa Şərifova və Ülviyyə Namazovanı barışdırmağa cəhd edib.

Bakıvaxtı.az xəbər verir ki, o, Vəfa proqramda qonaq olan zaman Ülviyyəni də canlı bağlantı ilə efirə qoşub.

Elgiz müğənnilərdən barışmalarını istəyib. Onun bu istəyinə Namazova müsbət reaksiya versə də, Şərifova barışmaqdan imtina edib.

“Mən kinli insan deyiləm. Heç kimlə də küsülü olmamışam. Mənə deyilənlərə görə cavab vermişəm”, - deyə Ülviyyə qeyd edib.

Elgiz ifaçılara konsert təşkil etmək istədiyini də bildirib:

“Gəlin, barışın efirdə sizin konsertinizi edək. Canlı oxuyun”.

 Ülviyyə Namazova Elgizin bu təklifi ilə də razılaşsa da, Vəfa bütün təklifləri rədd edib:

“Mən bu mövzular haqqında danışmaq istəmirəm. Daha gözəl işlərdən danışaq. Barışmaq istəmirəm”.

Qeyd edək ki, Vəfa Şərifova və Ülviyyə Namazova oxşar geyimlərə görə qalmaqal yaşayıblar. Onların bu qalmaqalları isə zaman-zaman şəxsi zəminə gələrək, cızığından çıxıb.

Ziyafət Əlisoy


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Noyabr 2026