Vegetariyan sözünü ilk dəfə 1944-cü ildə The Vegan Society-nin həmtəsisçisi Donald Watson işlədib. Veganizmin yayılması nəticəsində indi böyük metropollarda yalnız vegan yeməkləri təqdim edən restoranlara rast gəlmək olur, menyularında bəzi yeməklərin vegetariyan olduğunu bildirən restoranların sayı artır və vegan supermarketləri açılır.
Bəs, ümumiyyətlə vegan nə deməkdir? Vegan pəhrizində nə yemək lazımdır?
Bakıvaxtı.az xəbər verir ki, vegeteriyan və ya veqanizm müəyyən səbəblərə görə heyvan mənşəli qidalardan və heyvan məhsullarından imtina etməkdir. Alimlərin araşdırmasına görə, vegetariyan olmaq bir növ pəhriz saxlamaq deməkdir. Pəhrizin bir növü olan vegan qidalanma, tərkibində heç bir heyvan mənşəli məhsul və ya inqrediyent olmayan bir pəhriz növüdür.
Veganlar ət, balıq, süd, yumurta, pendir, bal və jelatin kimi heyvan mənşəli inqrediyentləri olan heç bir qida istehlak etmirlər. Həmçinin, veqanlar heyvanlar üzərində sınaqdan keçirilmiş və ya kosmetika və geyim kimi heyvanlardan alınan inqrediyentləri olan məhsullardan istifadə etmirlər.
Ancaq belə bir sual yaranır ki, bəs ət və ət məhsullarından istifadə etməməklə necə qidalanırlar? Mütəxəsislər sözügedən şəxslərə qidalanmaq üçün müxtəlif ərzaqları məsləhət bilir. Çünki, lazım olan protein və zülal tələbatı ödənməsə orqanizm gücünü itirər.
Paxlalılar: Noxud, mərcimək, lobya, lobya kimi paxlalılar yüksək protein tərkibinə malikdir.
Soya: Soya, tofu, soya südü və tempeh yüksək miqdarda protein ehtiva edir.
Taxıllar: Bulgur, quinoa, yulaf, qəhvəyi düyü kimi bütöv dənli bitkilər yüksək protein tərkibinə malikdir.
Fındıq və yağlı toxumlar: Fındıq, badam, qoz, fıstıq, çia toxumu və kətan toxumu kimi qoz-fındıq və yağlı toxumlar da yüksək miqdarda protein ehtiva edir.
Tərəvəzlər: İspanaq, brokoli, Brüssel kələmi, qulançar və yaşıl noxud kimi tərəvəzlər yüksək protein tərkibli tərəvəzlər arasındadır.
Qeyd edək ki, vegetariyan olmazdan əvvəl mütləq həkim müayinəsindən keçib, orqanizmin buna hazır olub-olmadığını bilməkdə fayda var.
Xəyalə Rza
















